Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Noyabr 2020 13:18
Almaniyada hakim koalisiya Berlinin Qarabağda sülhün bərqərar olmasına diplomatik yolla kömək etməsini təklif edir.
Sonxeber.net Trend-ə istinadən xəbər verir ki, bu barədə hakim koalisiyanın bəyanatında deyilir.
Bəyanat noyabrın 26-da Almaniya parlamentində dəstəklənib.
Sənəddə qeyd olunur ki, Almaniya Qarabağda sülh tənzimlənməsində və regionda sakinlər arasında dinc və bərabərhüquqlu münasibətlərin təmin olunmasında fəal iştirak etməlidir.