Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Noyabr 2020 17:20
Mən elə indi də bu şəkildəki uşağın ürəyinə sahib biriyəm. Həmişə hamıya inanmışam. Hər şeyin yaxşı olacağına ümid etmişəm. Həmişə fikirləşmişəm ki, hamı yaxşı insandır. Kimsə pislik edəndə təəccüblənmişəm.
Sonxeber.net axşam.az-a istinadən bildirir ki, bu sözləri aktyor Elcan Rəsulov yazıb. Uşaqlıq fotosunu yayımlayan sənətçi bunları əlavə edib:
"Həmişə kitaba, elmə, savada, dinə, dünyagörüşünə, sənətə böyük marağım olub. Uşaq yaşlarından zarafatcıl olsam da, gözlərimin dərinliyində hər zaman bir kədər olub. Amma heç kim mənim ağlamağımı görməyib. Gülmək və güldürmək, inkişaf etmək istəmişəm. İnkişafdan dayanan yerdən həmişə uzaqlaşmışam. O ətrafdan uzaq durmağa çalışmışam.
Nə qərar verməyimdən asılı olmayaraq həmişə dua etmişəm ki, Allah öz bildiyini mənə qismət etsin. Bu gün də ümid edirəm ki, hər şey yaxşı olacaq. Bizi daha yaxşı günlər qabaqda gözləyir. Sadəcə, gözləyək görək o günlərə kimlərlə birlikdə gedəcəyik".
Onu da qeyd edək ki, Elcanın ATV-də yayımlanan "Üçümüz" proqramı uzun müddətdir efirə getmir.