Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Evi tərk edən daha bir COVİD-19 xəstəsi barədə araşdırmalara başlandı - FOTO

Evi tərk edən daha bir COVİD-19 xəstəsi barədə araşdırmalara başlandı - FOTO

Tarix: 27 Noyabr 2020 19:36

Şəkidə koronavirus infeksiyasına yoluxmuş rayon sakininin yaşadığı evi tərk etməsi barədə Şəhər Rayon Polis Şöbəsinə məlumat daxil olub.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Sonxeber.net-a verilən məlumata görə, rayon sakini Davud Hüseynovun COVİD-19 testinin nəticəsi pozitiv olduğuna görə, ev şəraitində müalicə təyin edilsə də o, qaydaları pozaraq yaşadığı ünvanı tərk edib. Polis əməkdaşları tərəfindən dərhal həyata keçirilən tədbirlərlə D.Hüseynovun "Niva" markalı avtomobillə şəhər ərazisində hərəkətdə olduğu məlum olub. Onun olduğu ünvan müəyyən edilib və polis əməkdaşlarının da müşayiəti ilə evinə geri qaytarılıb.

Digərlərinin də sağlamlığı üçün real təhlükə yaradan D.Hüseynov barəsində Şəki ŞRPŞ-nin İstintaq bölməsində araşdırma aparılır.


Etiketlər:  tərk edən daha COVİD xəstəsi barədə araşdırmalara başlandı FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ