Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Buenos-Ayres hava limanında Maradonanın heykəli qoyulacaq

Buenos-Ayres hava limanında Maradonanın heykəli qoyulacaq

Tarix: 28 Noyabr 2020 11:36

Argentina paytaxtının əsas beynəlxalq hava limanını idarə edən "Aeropuertos Argentina 2000" (AA2000) şirkətinin rəhbərliyi onun ərazisində futbol üzrə milli komandanın keçmiş oyunçusu və məşqçisi Dieqo Maradonanın heykəlini quraşdırmaq niyyətindədir.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə "La Nacion" qəzetində şirkət adından nəşr olunan nekroloqda yazılıb. 

"Maradona, Dieqo Armando. Ruhun şad olsun. 25.11.2020-ci il tarixdə dünyasını dəyişdi. Heykəlin olacaq! - AA2000", - nekroloqda deyilir.

Qəzetin xəbərinə görə, nekroloqu "AA2000"nin sahibi Eduardo Ernekyan sifariş edib. Ernekyanın nümayəndələri bir neçə il əvvəl iş adamının Maradonaya nazir Pistarini adına hava limanında onun heykəlinin qoyulmasını təklif etdiyini və bu ideyanın eks-futbolçu tərəfindən bəyənildiyini nəşrə təsdiqləyiblər.

Heykəlin kim tərəfindən hazırlanacağı və tam olaraq harada quraşdırılacağı hələ bilinmir.

Milli.Az


Etiketlər:  Buenos Ayres hava limanında Maradonanın heykəli qoyulacaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ