Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Türkiyə səfiri: Trampın 1915-ci il hadisələri ilə bağlı bəyanatı birtərəflidir

Türkiyə səfiri: Trampın 1915-ci il hadisələri ilə bağlı bəyanatı birtərəflidir

Tarix: 25 Aprel 2019 11:12

Bakı. Rufiz Hafizoğlu - Trend:

ABŞ Prezidenti Donald Trampın 1915-ci il hadisələri ilə bağlı bəyanatı birtərəflidir və bu bəyanatda türk və müsəlman xalqının ağrı-acısı qeyd olunub.

Trend-in məlumatına görə, bunu Türkiyənin Vaşinqtondakı səfiri Sərdar Kılıç deyib.

S.Kılıç bildirib ki, erməni quldur dəstələrinin həmin vaxt Osmanlı dövlətinin dinc müsəlman əhalisini qətlə yetirməsi barədə çoxsaylı faktlar var.

Diplomat vurğulayıb ki, buna baxmayaraq Ankara dəfələrlə Yerevanı 1915-ci il hadisələrini araşdırmaq üçün birgə komissiya yaratmağa çağırıb, lakin Ermənistan hələ də buna reaksiya verməyib.

Qeyd edək ki, ötən gün Vaşinqtonda yaşayan Türkiyə və Azərbaycan vətəndaşları 1915-ci il hadisələri ilə bağlı etiraz aksiyası keçiriblər.

Aprelin 24-də ABŞ Prezidenti Donald Tramp Osmanlı İmperiyasında 1915-ci ildə qeydə alınan hadisələrlə bağlı bəyanatında yenə də "soyqırımı" sözündən istifadə etməyib. O, ənənəvi müraciətində "mets yeqern" ("böyük müsibət") ifadəsi ilə kifayətlənib.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Türkiyə səfiri Trampın 1915 hadisələri ilə bağlı bəyanatı birtərəflidir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ