Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycanın bədii gimnastika üzrə gənclər komandasının Avropa çempionatındakı çıxışının nəticələri məlum olub

Azərbaycanın bədii gimnastika üzrə gənclər komandasının Avropa çempionatındakı çıxışının nəticələri məlum olub

Tarix: 28 Noyabr 2020 20:04

Bakı. Cani Babayeva - Trend:

Azərbaycanın gənclər komandası Kiyevdə keçirilən Bədii Gimnastika üzrə 36-cı Avropa çempionatındakı çıxışını başa vurub.

Trend-in məlumatına görə, bu gün Kiyevdə keçirilən Bədii Gimnastika üzrə Avropa çempionatının üçüncü günündə, fərdi mövzularda (lent, top, gürzlər, ip) yuniorlar üçün final mərhələsi başa çatıb. Bu gün eyni zamanda Azərbaycan komandasının iştirak etdiyi qrup hərəkətlərində (5 top, 3 halqa və 2 cüt gürzlərlə) komandaların son çıxışları olacaq.

"Gənclər" yaş kateqoriyasında finalda Azərbaycanı tamsil ediblər: İp və lentlə hərəkətlərdə - Nərmin Bayramova, top və cüt gürzlər - Alina Gözəlova.

Finalların nəticələrinə görə, Nərmin Bayramova iplə hərəkətlərə görə hakimlərdən 19.050 bal alıb və altıncı yerdə qərarlaşıb, lentlə hərəkətlərdə isə 20.950 bal qazanaraq dördüncü yeri tutub.

Alina Gözəlova topla hərəkətdə 21.050 bal toplayaraq beşinci yeri, cüt gürzlərlə hərəkətlərdə isə 21.900 bal toplayaraq beşinci yeri tutub.


Etiketlər:  Azərbaycanın bədii gimnastika üzrə gənclər komandasının Avropa çempionatındakı çıxışının nəticələri məlum olub


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ