Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Oktyabr 2025 00:30
"Atletik Bilbao"nun baş məşqçisi Ernesto Valverde mətbuata açıqlama verib.
Sonxeber.net idman.biz-ə istinadən xəbər verir ki, Valverde bildirib ki, komandası "Qarabağ"ın oyunlarını diqqətlə izləyib və qarşılaşmada təhlükəli, bol qollu oyun göstərmək niyyətindədir.
Baş məşqçi oyunçularına tapşırıq da verib: "Qarabağ"ın qapısına mümkün qədər çox - hətta 9 top - vursunlar".
Qeyd edək ki, "Qarabağ"ın UEFA Çempionlar Liqasının qrup mərhələsindəki növbəti oyunu oktyabrın 22-də keçiriləcək. Bu qarşılaşmada ağdamlılar "Atletik Bilbao" komandası ilə üz-üzə gələcəklər. Matç İspaniyanın Bilbao şəhərindəki "Estadio San Mames" stadionunda baş tutacaq.