Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Yaşayış yerini qanunsuz tərk edən daha bir aktiv koronaviruslu xəstəyə cinayət işi açılıb

Yaşayış yerini qanunsuz tərk edən daha bir aktiv koronaviruslu xəstəyə cinayət işi açılıb

Tarix: 29 Noyabr 2020 17:56

Zərdab Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən keçirilən müvafiq tədbirlər nəticəsində ev şəraitində müalicə alan koronavirus xəstəsi rayon sakini Səbuhi Ağayev saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Sonxeber.net-a bildirilib ki, araşdırma zamanı aktiv COVID-19 virusunun daşıyıcısı olan bu şəxsin karantin qaydalarını kobud şəkildə pozaraq dəfələrlə polis əməkdaşlarının xəbərdarlıqlarına baxmayaraq, yaşadığı ünvanı tərk etdiyi müəyyən olunub. Onun evini tərk edərək rayon ərazisində insanların hərəkət edtdiyi məkanlara getməsi polislər tərəfindən aşkar edilib.

Müəyyən edilmiş tibbi prosedurlar gözlənilməklə S.Ağayev yaşadığı evə qaytarılıb. Onun barəsində toplanan materiallar Zərdab RPŞ-nin İstintaq Bölməsinə təqdim edilib. S.Ağayev barəsində Cinayət Məcəlləsinin 139-1.1 (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanılıb. Araşdırmalar davam etdirilir.


Etiketlər:  Yaşayış yerini qanunsuz tərk edən daha aktiv koronaviruslu xəstəyə cinayət işi açılıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ