Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Noyabr 2020 15:10
Xalq artisti Məleykə Əsədova Covid-19 virusundan qorunma sirrlərini açıqlayıb.
Sonxeber.net axşam.az-a istinadən bildirir ki, aktrisa evdən çölə çıxmadığını etiraf edib:
"İşim yoxdursa, bütün günü evdə oluram, şeirlər hazırlayıram. Qızımla birlikdə ev işləri ilə məşğul oluruq. Çox vacib işim yoxdursa, evdən çıxmıram. Bütün günü çoxlu meyvə və tərəvəz yeyirəm, bol-bol su içirəm. Ən əsası isə limon, zəncəfil, cəfəri ilə detoks edib içirəm. Bir də bal, zəncəfil və limon qarışığından səhər duran kimi 2 xörək qaşığı yeyirəm.
Çalışaq özümüzü və doğmalarımızı qoruyaq. Maskasız və spirtsiz olmaz".