Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Azərbaycan plastik istifadəsinin azaldılmasını hədəfləyir

Azərbaycan plastik istifadəsinin azaldılmasını hədəfləyir

Tarix: 30 Noyabr 2020 20:24

Azərbaycanda polietilen paketlərdən istifadəni azaltmaq məqsədilə ilkin mərhələdə marketlərdə pulsuz verilən bu paketlərə görə ödəniş almaq lazımdır.

Milli.Az bildirir ki, bunu Trend-ə Qablaşdırma Sənayesi Assosiasiyasının icraçı direktoru Elçin Vəliyev deyib.

Onun sözlərinə görə, gələn ildən Azərbaycanda polietilen paketlərin və birdəfəlik plastik məhsulların satışı məhdudlaşdırılacaq:

"Polietilen paketlərlə bağlı qanunun 2021-ci il yanvarında 1-dən, birdəfəlik plastik məhsullarla bağlı qanunun iyulun 1-dən qüvvəyə minməsi nəzərdə tutulur".

Azərbaycanda plastikin təkrar emal olunması məsələsinə gəldikdə E.Vəliyev bildirib ki, Balaxanı Tullantıların Çeşidlənməsi zavodu bu məqsədlə yaradılsa da, plastik məhsulların 90 faizi yandırılır, bu isə enerjinin itirilməsinə gətirib çıxarır və ətrafa ekoloji ziyan vurur.

O vurğulayıb ki, plastik paketlərin istehsalının və istifadəsinin azaldılması üçün ikinci mərhələ təkrar emal olunan plastik paketlərin və bütün marketlərdə eyni loqotipli paketlərin istifadə olunmasıdır.

Milli.Az


Etiketlər:  Azərbaycan plastik istifadəsinin azaldılmasını hədəfləyir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ