Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Noyabr 2020 21:35
"Radiolar mahnıları pul alıb yayımlayırlar. Pulu çox verənin mahnısı gecə-gündüz səslənir. Üç-dörd yaxşı müğənni də qatırlar gözünə. Onun mahnısı gündə bir dəfə, o biri isə gecə-gündüz yayımlanır".
Sonxeber.net axşam.az-a istinadən bildirir ki, bu sözləri Əməkdar artist Mətanət İsgəndərli "Xəbər-ətər" proqramında qonaq olarkən deyib. Müğənni radiolarda bayağı mahnıların çox yayımlanmasından gileylənib.
İsgəndərli proqramda toy musiqisinin efirə çıxarılmasını qınayan Əməkdar artist Teymur Əmraha etiraz edib:
"Toy bizim qədim adətlərimizdəndir. Ömürboyu balamıza toy arzulayırıq. Əvvəl toylar başqa idi. Toy mahnısı yox, biabırçı mahnılar deyin. Toyu gözdən salmayın. O qədər naşükürlük, haqsızlıq etdik ki... Elə danışın ki, kiminsə qəlbinə dəyməyəsiniz. Toyla xalqın 70 faizi dolanır. Toylarda Zeynəb Xanlarova, Məmmədbağırın mahnıları səslənir. Çıx elə mahnılar oxu ki, zövqlü olsun. Hərə özünə cavabdehdir. Sən camaatın zövqünü qaldır. Biabırçı mahnılara toy adı verməyin. Elə bir müğənni var ki, toya getməsin? 600-700 mahnım var, hamısını toydakı pullarla etmişəm. Bizim başqa gəlir yerimiz yoxdur. Hər şeyi toyun hesabına edirdim".