Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Laçın da mənim kimi azadlığa çıxdı''

''Laçın da mənim kimi azadlığa çıxdı''

Tarix: 1 Dekabr 2020 13:45

Müğənni Fədayə Laçın ata yurdu Laçının düşməndən azad edilməsi ilə bağlı sevincini bölüşüb.

Sonxeber.net axşam.az-a istinadən bildirir ki, bunla bağlı sosial şəbəkədə paylaşım edən sənətçi bunları yazıb:

"Gözlərimiz aydın olsun, Laçın da mənim kimi azadlığa çıxdı. Allah bütün bağlı qapıları açsın, İnşallah. Allahım, bu günləri bizə yaşatdığın üçün sənə təşəkkür edirəm, çox şükür. Məhəbbətin (müğənni Məhəbbət Kazımov - red.) və Laçın həsrəti ilə dünyadan köçənlərin ruhları şaddır. Bu qələbəmizi igid oğullarımıza, əsgərlərimizə borcluyuq. Allah şəhidlərimizə rəhmət eləsin, əsgərlərimizə can sağlığı versin".

F.Laçın daha sonra İnstaqramda canlı yayıma girərək izləyiciləri ilə söhbət edib. Uzun müddətdir Rusiyada yaşayan müğənni hazırda bakıda olmadığı üçün pis olduğunu deyib:

"Kaş Bakıda olardım, Məhəbbət Kazımovun məzarını ziyarət edərdim. Ona gözaydınlığı verərdim. Sevincimi sözlərlə izah edə bilmirəm.

Uzun müddətdir toylara getmirəm. Çünki şəhidlərimiz olduğu halda mən oxuya bilməzdim. Amma indi mahnılarımı Laçın niskili ilə oxumayacam".


Etiketlər:  Laçın mənim kimi azadlığa çıxdı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ