Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Iyul 2019 14:51
Bakı. Samir Əli - Trend:
Bakı Ağır Cinayətlər Məhkəməsində quldurluqda təqsirləndirilən 22 yaşlı Həsən Bayramovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Trend-in məlumatına görə, hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.
Məhkəmənin hökmü ilə H.Bayramov 9 il azadlıqdan məhrum edilib.
İttihama görə, Hökməli qəsəbəsində yaşayan Həsən Bayramov bu ilin yanvar ayında saxlanılıb. O, Abşeron rayonunda başına maska taxmaqla soyuq silahla evlərə girərək vətəndaşlardan pul, qızıl tələb etməkdə ittiham edilib.
O, Cinayət Məcəlləsinin 181.2.5 (silah və ya silah qismində istifadə edilən əşyalar tətbiq edilməklə quldurluq) maddəsi ilə təqsirli bilinib.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin