Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaq - PROQNOZ

Gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaq - PROQNOZ

Tarix: 2 Dekabr 2020 12:56

Milli Hidrometeorologiya Xidməti dekabrın 3-də gözlənilən hava şəraitini açıqlayıb.

Xidmətdən Milli.Az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaq. Mülayim şimal-şərq küləyi əsəcək.

Havanın temperaturunun Abşeron yarımadasında gecə 4-7, gündüz 10-12, Bakıda gecə 5-7, gündüz 10-12 dərəcə isti olacağı gözlənilir. Atmosfer təzyiqi normadan yüksək 773 mm civə sütunu təşkil edəcək, nisbi rütubət gecə 70-80, gündüz 50-55 faiz olacaq.

Dekabrın 3-də Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Dekabrın 3-də Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin bəzi şərq rayonlarında yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq, şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 2-6, gündüz 8-12 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə şaxta, gündüz 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti olacaq.

Milli.Az


Etiketlər:  Gecə səhər bəzi yerlərdə duman çiskin olacaq PROQNOZ


RƏYLƏR