Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Dekabr 2020 13:16
Bakı. Orxan Nəbiyev - Trend:
COVID-19 infeksiyası ABŞ-da Çindən daha əvvəl qeydə alınmış ola bilər.
Trend-in məlumatına görə, bu barədə ABŞ-ın Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin mütəxəssislərinin keçirdiyi retrospektiv testlər nəticəsində məlum olub.
Qeyd olunub ki, mütəxəssislər ABŞ-ın 9 ştatında 2019-cu il dekabrın 13-dən 2020-ci il yanvarın 17-dək 7 min donorun qan nümunələrini təhlil edib.
Təhllilər nəticəsində məlum olub ki, dekabr ayında ABŞ-da COVID-19 daşıyıcıları olub.
Xatırladaq ki, Çin hökuməti koronavirus barədə ilk dəfə 2019-cu ilin dekabrın sonlarında elan etmişdi.