Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Biləcəri bələdiyyəsinin sədri koronavirusdan öldü

Biləcəri bələdiyyəsinin sədri koronavirusdan öldü

Tarix: 2 Dekabr 2020 17:03

Bakı. Samir Əli - Trend:

Bakının Binəqədi rayonunun Biləcəri qəsəbə bələdiyyəsinin sədri dünyasını dəyişib.

Bu barədə Trend-ə Binəqədi rayon Bələdiyyəsindən məlumat verilib. Məlumatda bildirilir ki, bələdiyyə sədri İlham Xəlilov koronavirusdan vəfat edib. Bələdiyyə sədri virusla əlaqədar xəstəxanaya yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb. İ. Xəlilov xəstəxanada dünyasını dəyişib.

1958-ci il təvəllüdlü Xəlilov İlham Məmməd oğlu 2004-cü ildə keçirilən seçkilərdə Biləcəri bələdiyyəsinə üzv seçilib, 2005-ci ildən 2015-ci ilədək Biləcəri bələdiyyəsinin sədri olub, 2018-ci ildə yenidən bələdiyyə sədri seçilib.


Etiketlər:  Biləcəri bələdiyyəsinin sədri koronavirusdan öldü


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ