Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Toy qiymətlərini 15 minə qaldırmışdılar'' - Nazim müğənnilərin sirrini açdı

''Toy qiymətlərini 15 minə qaldırmışdılar'' - Nazim müğənnilərin sirrini açdı

Tarix: 2 Dekabr 2020 17:35

"Faytonçu" ləqəbli müğənni Nazim Pişiyarı sənət adamlarının maddi sıxıntılar yaşadığını deyib.

Sonxeber.net axşam.az-a istinadən bildirir ki, sənətçi bu haqda "MTV Azərbaycan"a açıqlamasında danışıb. O bildirib ki, özü də pulsuzluqdan əziyyət çəkir:

"Bizim qazancımız el şənliklərindəndir. Bu gün toylara qadağa qoyulub. Şoumuz axsayıb, biznes tərəfi yoxdur. Nəsə iş görəndə, kassa tərəfi lazım olurdu. Mahnı alanda, aranjiman edəndə, studiyada oxuyanda pul xərcləyirsən. Niyə gizlədim, pulum tükənib. Həmkarlarım da bu haqda danışır. Mən də susmuram, vəziyyətimiz olduqca çətinləşib. İnsanlardan xahiş edirəm, bizlə nəvazişlə danışsın. Biz sənət adamları həssas biriyiq. Tənqid edirsiz, amma təhqir olmaz. Bizə pis təsir edir".

Nazim sənət adamlarının toy qiymətlərindən də danışıb:

"Digər həmkarlarımın toy qiyməti kəllə-çarxa idi: 15,12,10, 8 minə toya gedirdilər. Mənim qiymətim 5 min idi. Sabah da 5 minə gedəcəm. 8 minə toya getmirdim ki, indi vəziyyəti düşünüb 5 min edim".


Etiketlər:  qiymətlərini minə qaldırmışdılar Nazim müğənnilərin sirrini açdı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ