Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bakıda məhkuma göndərilən ayaqqabıdan heroin çıxdı

Bakıda məhkuma göndərilən ayaqqabıdan heroin çıxdı

Tarix: 2 Dekabr 2020 17:51

Bakı. Samir Əli - Trend:

Penitensiar xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 8 saylı cəzaçəkmə müəssisəsinə narkotik və psixotrop maddələrin keçirilməsi cəhdinin qarşısı alınıb.

Penitensiar Xidmətdən Trend-ə verilən məlumata görə, Cinayət Məcəlləsinin 181.3.2-ci maddəsinə əsasən təqsirli bilinərək 14 il 6 ay müddətinə azadlıqdan məhrum edilmiş məhkum Şərifov Əzizağa Əzizağa oğluna göndərilmiş banderola baxış keçirilən zaman orada olan ayaqqabının daban hissələrinin içərisində xüsusi üsulla gizlədilmiş sellofan bükülülərdə ümumi çəkisi 9,280 qram olan psixotrop maddə - metamfetamin, ümumi çəkisi 1,120 qram olan narkotik maddə - heroin və ümumi çəkisi 6,339 qram olan narkotik maddə - marixuana aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.


Etiketlər:  Bakıda məhkuma göndərilən ayaqqabıdan heroin çıxdı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ