Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Reabilitasiya Müəssisələrində müharibədən zərər çəkənlərə sosial-psixoloji xidmətlər göstərilir

Reabilitasiya Müəssisələrində müharibədən zərər çəkənlərə sosial-psixoloji xidmətlər göstərilir

Tarix: 3 Dekabr 2020 10:09

Bakı. Trend:

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Şirvan, Lənkəran, Yevlax və Naftalan Reabilitasiya Müəssisələrində də Vətən müharibəsində yaralanmış hərbçilərimizə sosial-psixoloji xidmətlər göstərilir.

Nazirlikdən Trend-ə verilən məlumata görə, həmçinin sosial-psixoloji xidmətlərə ehtiyac duyan müharibə iştirakçıları, şəhid ailələrinin üzvləri, onların yaxınları, cəbhəyanı bölgələrdə yaşayan əlilliyi olan şəxslər bu xidmətlərlə təmin edilirlər.

Xidmətlər reabilitasiya müəssisələrində böyüklər və uşaqlar üçün hazırlanmış xüsusi sosial-psixoloji dəstək proqramı əsasında həyata keçirilir. Proqrama uyğun olaraq diaqnostika, vəziyyətin dəyərləndirilməsi, psixokorreskiya işinin təşkili, monitorinq və digər müvafiq xidmətlər təşkil edilir.


Etiketlər:  Reabilitasiya Müəssisələrində müharibədən zərər çəkənlərə sosial psixoloji xidmətlər göstərilir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ