Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Hər oyunda penalti vurur - “Barselona”

Hər oyunda penalti vurur - “Barselona”

Tarix: 3 Dekabr 2020 10:58

İspaniyanın "Barselona" klubu Çempionlar Liqasının tarixinə düşüb.

Milli.Az apasport.az-a istinadla bildirir ki, La Liqa təmsilçisi qeyri-adi rekorda imza atıb.

Barselonanın eyniadlı təmsilçisi qrup mərhələsində ardıcıl 5 oyunda lehinə penalti verilən ilk komanda olub. Bu, V turun "Ferensvaroş"la matçında rəsmiləşib. Usman Dembele Macarıstan təmsilçisinin qapısına 11 metrlik nöqtədən qol vurub.

Cari mövsümdə hər oyunda belə imlan qazanan klubun heyətində əvvəlki turlarda Lionel Messi Kiyev "Dinamo"su, "Yuventus" və "Ferensvaroş", Martin Braytveyt Ukrayna təmsilçisi ilə digər oyunda penaltidən yararlanıb.

Qeyd edək ki, "Barselona" "Ferensvaroş"a 3 cavabsız qolla qalib gəlib.

Milli.Az


Etiketlər:  Hər oyunda penalti vurur Barselona


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ