Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Dekabr 2020 13:26
"Sabah" klubunda daha 5 futbolçu koronavirusa yoluxub.
Sonxeber.net apasport.az-a istinadla bildirir ki, paytaxt təmsilçisində ümumi yoluxma sayı artıq 8-ə yüksəlib.
Coşqun Diniyev, Yevgeni Koçuk və Xulio Sezar Rodriges bir neçə gündür bu üzdən karantinə alınıblarsa, onlara artıq Nikola Vuyadinoviç, Ozan Can Kökçü, Slavik Alxasov, Məhəmməd Mirzəbəyov və Kevin Kubemba da qoşulub. Son testin nəticələri adıçəkilən futbolçularda pozitiv çıxıb. Həmçinin Diniyev, Koçuk və Rodrigesin də cavabları yenə pozitiv olub.
Qeyd edək ki, Premyer Liqanın XII turunda dekabrın 5-də keçirilməli olan "Sabah" - "Neftçi" matçı təxirə salınıb.a