Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

19 yaşlı Sərxan döyüşlərdə sol ayağını itirib - FOTO

19 yaşlı Sərxan döyüşlərdə sol ayağını itirib - FOTO

Tarix: 4 Dekabr 2020 16:14

Anadolu Agentliyi (AA) növbəti dəfə Tərtərdə yaşayan məcburi köçkün ailəsindən reportaj hazırlayıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, agentlik əməkdaşları Ermənistanın 1993-cü ildə işğal etdiyi Ağdərədən köçən Nizami Məmmədovun ailəsində qonaq olub.

Qeyd olunub ki, N. Məmmədovun oğlu Sərxan İkinci Qarabağ müharibəsində iştirak edib, qazi olub.

19 yaşlı Sərxan qeyd edib ki, döyüş zamanı yanına düşən minaatan nəticəsində yaralanıb:

"Füzuli istiqamətində irəliləyirdik. Komandirimiz "irəli" əmri verdi. Hücum etdiyimiz zaman düşmən bizə minaatanlardan atəş açdı. Bu zaman iki dostumla xəsarət aldıq. Əməliyyat olundum, bədənimdən qəlpə parçaları çıxarıldı. Xəstəxanadan çıxdıqdan sonra məni məzuniyyətə göndərdilər. Müalicəm bitdikdən sonra vəzifəmə qayıtmaq istəyirəm".

Boğaz, çiynin, qol və ayağından yaralandığını bildirən Məmmədovun sol ayağı kəsilib və bədəninin hələ də iki yerində qəlpə parçaları var.

Milli.Az


Etiketlər:  19 yaşlı Sərxan döyüşlərdə sol ayağını itirib FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ