Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Dekabr 2020 17:06
2020-ci il Yay Olimpiya oyunlarının koronavirus pandemiyası ilə əlaqədar bir il müddətinə təxirə salınması Yaponiyaya 2,8 milyard dollara başa gələcək.
Sonxeber.net Trend-ə istinadən bildirir ki, bunu Tokioda keçiriləcək Olimpiya oyunlarının təşkilat komitəsi bildirib.
Qeyd olunub ki, əlavə xərclər Tokio 2020 təşkilat komitəsi, Tokio şəhər rəhbərliyi və Yaponiya hökuməti tərəfindən qarşılanacaq.
Tokio şəhər rəhbərliyi xərclərin 1,15 milyard dollarını, təşkilat komitəsi 990 milyon dollarını, Yaponiya hökuməti isə 683 milyon dollarını qarşılayacaq.
Qeyd edək ki, 2020-ci il Tokio Yay Olimpiya oyunlarının 2021-ci ilin iyulun 23-dən avqustun 8-dək keçirilməsi nəzərdə tutulur.