Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Dekabr 2020 18:56
"Perspicuum" ləqəbli istifadəçinin valideynlərinin yeni evində çəkdiyi fotolar sosial şəbəkələrdə böyük maraq toplayıb. Görüntülərdə pilləkənin altında gizli otağın girişi əks olunub.
Sonxeber.net oxu.az-a istinadən bildirir ki, taxta pilləkən gizli otaq üçün qapı rolunu oynayır.
Nəşrin müəllifinin sözlərinə görə, burada çoxlu əşyalar, o cümlədən, odunlar, borular, əntiq əşyalar və 1960-1970-ci illərə aid 10-a yaxın şərab şüşəsi tapılıb.
Paylaşım sosial şəbəkələrdə virus kimi yayılıb. İstifadəçilər otağın qorxunc olduğunu bildirərək, görüntülərin dəhşət filmlərində kadrları xatırlatdığını bildiriblər.