Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Dekabr 2020 17:38
Dünyanın ən güclü silahlanan ölkəsi İsraildir.
Sonxeber.net sfera.az-s istinadən xəbər verir ki, bu barədə Almaniyada Sülh Araşdırmaları İnstitutu (BICC) tərəfindən yayımlanan Qlobal Silah İndeksi (GMI) hesabatında qeyd olunub.
Bildirilib ki, 20 milyard dollarlıq hərbi xərcləri ilə İsrail 2007-ci ildən bu günə qədər lider olaraq qalır.
Siyahıda 10-luğa Bəhreyn, Səudiyyə Ərəbistanı, Sinqapur, Rusiya da daxil edilib.
Yunanıstan isə hesabata görə, 12-ci sıradadır. Ölkə Şərqi Aralıq dənizindəki gərginlikdən sonra Türkiyə ilə qarşı-qarşıya gəlib və son dövrlər silahlanmağa başlayıb.
Türkiyə isə siyahıda 20-ci sırada qərarlaşıb.