Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Dekabr 2020 20:46
Türkiyədə COVID-19-dan gündəlik ölümlə bağlı ən yüksək göstərici qeydə alınıb, son sutka ərzində 196 nəfər ölüb.
Sonxeber.net APA-ya istinadən xəbər verir ki, bunu Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca açıqlamasında bildirib.
Nazir qeyd edib ki, son 24 saatda 178 903 nəfər koronavirus testindən keçib, 6128 xəstənin testi pozitiv çıxıb, ümumilikdə isə simptomları da müəyyən edilməyənlərlə birlikdə 31 896 nəfər COVID-19 xəstəsi olaraq qeydiyyata alınıb.
Ağır xəstə sayı dünənlə müqayisədə azalaraq 5800 olub.
Qeyd edək ki, Türkiyədə indiyədək 533 198 nəfər COVID-19 infeksiyasına yoluxub, onlardan 14 705 nəfəri ölüb.