Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Qalatasaray'' Musa ilə anlaşdı

''Qalatasaray'' Musa ilə anlaşdı

Tarix: 6 Dekabr 2020 03:32

Nigeriya milli komandasının futbolçusu Əhməd Musa Türkiyənin "Qalatasaray" klubu ilə anlaşıb.

Milli.Az xəbər, tərəflər müqavilə şərtləri və bonus məbləğində razılaşıblar. Yalnız rəzmi imzanın atılması qalıb.

28 yaşlı hücumçu "sarı-qırmızı" komandaya azad agent qismində keçəcək. Rusiya MOİK-indəki çıxışları ilə məşhur olan forvard oktyabrın sonlarında Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubu ilə sözləşməsini pozub. Onun üçüncü dəfə Moskva komandasına qayıdacağı bildirilirdi.

Qeyd edək ki, Əhməd Musa MOİK-in formasını 2012 - 2016-cı illərdə və icarə əsasında 2018-ci ildə geyinib. Aralıq müddətdə isə o, İngiltərə "Lester"ində çıxış edib. Musa "hərbçilər"in heyətində 3 dəfə Rusiya çempionu, hərəyə 2 dəfə ölkə kuboku və Super Kubokunun sahibi olub. (publika.az)

Milli.Az


Etiketlər:  Qalatasaray Musa ilə anlaşdı


RƏYLƏR