Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Zaqatalada 31 yaşlı qadın itkin düşüb

Zaqatalada 31 yaşlı qadın itkin düşüb

Tarix: 6 Dekabr 2020 11:00

Bakı. Trend:

Zaqatala rayonu Əliabad qəsəbə sakini 1989-cu il təvəllüdlü Ramilə Əliyeva dekabrın 1-də yaşadığı ünvandan çıxıb və bir daha geri qayıtmayıb.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, R.Əliyeva evdən çıxarkən əynində qara rəngli şalvar və boz gödəkçə olub.

Şəkildəki şəxsi görənlərdən və ya barəsində məlumatı olanlardan DİN-in “102” Zəng Mərkəzi Xidmətinə və ya Zaqatala Rayon Polis Şöbəsinin 024-225-26-99 şəhər nömrəsinə zəng edərək məlumat vermələri xahiş olunur.


Etiketlər:  Zaqatalada yaşlı qadın itkin düşüb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ