Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Dekabr 2020 16:40
Rusiya Prezidenti Vladimir Putin "Sputnik V" adlı koronavirus vaksininin ölkədə istifadəsi ilə bağlı əmr verib.
Sonxeber.net Day.Az-a istinadən xəbər verir ki, bu barədə Rusiya KİV-ləri məlumat yayıb. Vaksindən istifadə ilk olaraq paytaxt Moskvada həyata keçirilib.
Minlərlə insan peyvəndləmə mərkəzlərinə müraciət edərək könüllü surətdə peyvənd olunmaq istəyiblər. Onlar əsasən 18-60 yaş arasında olan şəxslərdir.
Qeyd olunub ki, bu vaxtadək 2 milyon dozada vaksin hazırlanıb və hədd get-gedə artırılacaq.