Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Beşiktaş”ın hücumçusu zədələndi - Klubdan açıqlama

“Beşiktaş”ın hücumçusu zədələndi - Klubdan açıqlama

Tarix: 11 Oktyabr 2025 12:14

Türkiyənin "Beşiktaş" klubunun hücumçusu El Bilal Ture zədələnib. 

Sonxeber.net  xəbər verir ki, "Beşiktaş" futbolçusu El Bilal Turenin son vəziyyəti ilə bağlı rəsmi açıqlama yayıb.

Klubun məlumatına görə, malili hücumçu sol budunun arxa hissəsində ağrı hiss etdikdən sonra tibbi müayinədən keçib.

MRT nəticələrinə əsasən, oyunçuya biseps bud əzələsinin arxa hissəsində dartılma və qanaxma diaqnozu qoyulub.

Rəsmi açıqlamada bildirilib:

"Oyunçumuz El Bilal Turenin sol budunun arxasında ağrılar vardı. Müayinə və MRT nəticəsində onun bud əzələsinin (biceps femoris) arxa hissəsində dartılma və qanaxma aşkarlandı. Mali millisinin rəsmiləri məlumatlandırılıb və futbolçumuz hazırda İstanbulda klubun həkim briqadası tərəfindən müalicə olunur" .


Etiketlər:  Beşiktaşın hücumçusu zədələndi Klubdan açıqlama


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ