Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Iyul 2019 12:28
Bakı. Trend:
2019-cu ilin təqvim-idman planına müvafiq olaraq cari ilin 10-12 iyul tarixlərində stolüstü tennis üzrə Azərbaycan birinciliyi keçiriləcək.
Trend-in məlumatına görə, birincilikdə 2007-ci il təvəllüdlü və daha azyaşlı oğlan və qızlar mübarizə aparacaqlar. Şəxsi-komanda xarakteri daşıyan birincilikdə Azərbaycanın şəhər və rayonlarının yığma komandaları iştirak edəcəklər.
Birincilik 10 iyul saat 10.00-da “Şüa” İdman Kompleksində start götürəcək.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin