Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ad günündə tabutu evinə gələn şəhidimiz - FOTO

Ad günündə tabutu evinə gələn şəhidimiz - FOTO

Tarix: 7 Dekabr 2020 21:56

Vətən müharibəsində tarix yazan qəhrəmanlarımızdan biri də Rüstəmov Ələs Vidadi oğlu idi.

Sonxeber.net xəbər verir ki, 1998-ci ilin noyabrın 24-də Goranboyun Dəliməmmədli kəndində anadan olan Ələs müharibə başlayanda 3 ay idi ki, müddətdən artıq hərbi xidmətdə işə başlamışdı.

Yaxınlarının bildirdiyinə görə, hərbiçi olub Vətənə xidmət etdiyi üçün çox sevinirmiş.

Hərbi formada çəkilmiş ilk fotosunu anasına gətirib və belə deyib:

"Mama bu şəkilə yaxşı bax, qoy bir yerə saxla. Nə zaman şəhid olsam bunu qəbrimin üstünə vurarsınız".

Döyüşlər başlayanda Goranboy şəhəri Hərbi Komissarlığından yola düşüb. Sonra bir neçə dəfə ailəsi ilə danışıb. Amma sonra heç bir səs-soraq olmayıb. Ailəsinin dediyinə görə, Ələslə son dəfə Kəlbəcərdə olanda danışıblar. Deyib ki, "ana narahat olmayın, düşmənin anasını ağladırıq". Sonra bir daha ondan xəbər almaq mümkün olmayıb.

1 aydan sonra - ad günündə şəhid olması xəbəri ilə tabutu gəlib evinə. Həmin gün də torpağa tapşırılıb.

Döyüşçü yoldaşlarının bildirdiyinə görə, Ələs çox hörmət qazanmışdı. Komandir ona daha çox inanırdı və hər dəfə "mənə nəsə olsa sən topla əsgərləri deyirdi". Komandir döyüşlərin birində şəhid olub. Ondan sonra əsgərləri Ələs idarə edib. Onun rəhbərliyi ilə xeyli irəliləyiblər. (ölkə.az)


Etiketlər:  günündə tabutu evinə gələn şəhidimiz FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ