Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Dekabr 2020 09:10
1988-ci il dekabrın 7-də baş vermiş Spitak zəlzələsinin 32-ci ildönümü münasibətilə Nikol Paşinyan fəlakət qurbanlarının xatirəsinə həsr olunmuş anım mərasimində iştirak etmək üçün Gümrü, Spitak, Vanadzor şəhərlərinə, Şirakamut kəndinə səfər edib.
Sonxeber.net APA-ya istinadən bildirir ki, Erməni Apostol Kilsəsinin Şirak piskoposluğunun baş yepiskopu, arxiyepiskop Mikael Adjapaxyan baş nazirin qatıldığı anım mərasimində iştirakdan imtina edib.
Keşiş bildirib ki, Paşinyanın səfəri onun üçün arzuolunmazdır, xoşagəlməzdir: "Ona görə də Paşinyanın qatıldığı mərasimdə xidmətdən imtina etdim. Bu, hər hansı bir din xadiminin haqqıdır. Ruhani kimsənin xahişi ilə heç bir yerdə xidmət etmək məcburiyyətində deyil".