Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Xüsusi təyinatlı gizirin döyüş yolu - VİDEO - FOTO

Xüsusi təyinatlı gizirin döyüş yolu - VİDEO - FOTO

Tarix: 8 Dekabr 2020 09:24

Vətən müharibəsi başlayanda xüsusi təyinatlı çavuş Ramiz Ağayev bir an belə düşünmür. Tərəddüd etmir. Vətən çağırır deyib döyüşlərə qatılır. İlk uğurlu əməliyyat Murovdağ zirvəsində olur. Daha sonra silahdaşları ilə birlikdə Füzuli uğrunda döyüşür. Elə bu döyüşlərdə çox sayda düşmən hərbçisini məhv edir, özü isə çiyin və boğaz nahiyələrindən 3 güllə yarası alır.

Sonxeber.net bildirir ki, "ARB Xəbər" xüsusi təyinatlı çavuş Ramiz Ağayev haqqında süjet hazırlayıb.

Bir yandan həkimlər, bir yandan da ailəsi təkid edir ki, müalicə olunsun. Amma heç kim onu saxlaya bilmir.

Məlahət Ağayeva - Anası: ""Gözümün önündə yoldaşlarım şəhid oldu gedəcəm" dedi. "Əlimi-qolumu sallayıb xəstəxanadan evə qayıtmayacam". Fəxr edirəm ki, belə oğul böyütmüşəm".

Asəf Fərzəliyev - Dayısı: "Suqovuşandan zəng edib danışdıq. Dedim ki, yaralısan evə get, ata-anan səni gözləyir. Mənə dedi ki, neçə yaşın var. Dedim 60. Harda olduğumu soruşdu. Suqovuşanda olduğumu dedim. Dedi ki, mənim 26 yaşım var, mən niyə evə gedim. Yerim səngərdir, yoldaşlarımın yanıdır".

Ramil Ağayev - Qardaşı: "Deyirdi ki, siz məni başa düşə bilmərsiz. Yoldaşlarım və komandirim şəhid olub. Necə deyim ki, vuruşdum, yaralandım və qırağa çəkilim. Axıra kimi gedəcəm".

Axıra kimi də gedir, çiynindəki mərmi çıxarılmadan... Şəhid yoldaşlarının qisasını almaq üçün... Arzusunda olduğu Şuşanı düşmən tapdağından azad etmək üçün axıra kimi də gedir.

Qarabağın tacı - Şuşa şəhərinin azad edilməsi dünya hərb tarixinə düşəcək unikal hərbi əməliyyatlardan biri kimi dəyərləndirilir. Eşidən, görən hər kəs deyir ki, əsgərlərimiz Şuşa üçün əlbəyaxa döyüşüblər. Ramiz də o döyüşə çıxanlardan biridir.

İmamverdi Ağayev - Atası: "Ayın 7-nə kimi danışmışam, amma 8-i və 9-u zəng çatmırdı. Heç vaxt harada olduğunu demirdi".

Ramiz Azərbaycanın 28 illik Şuşa həsrətinə son qoyanlardan biri kimi adını tarixə yazıdırır. Canı, qanı bahasına, şəhidlik zirvəsinə ucalaraq. Ramiz Ağayev general Polad Həşimovun yanında 2-ci Fəxri Xiyabanda dəfn olunur.


Etiketlər:  Xüsusi təyinatlı gizirin döyüş yolu VİDEO FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ