Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ermənistanda müxalifət əhalini vətəndaş itaətsizliyinə çağırdı

Ermənistanda müxalifət əhalini vətəndaş itaətsizliyinə çağırdı

Tarix: 8 Dekabr 2020 13:28

Bakı. Orxan Nəbiyev - Trend:

Ermənistanda müxalifətin baş nazir Nikol Paşinyanın istefası üçün verdiyi ultimatumun vaxtı bitib.

Trend-in məlumatına görə, N.Paşinyan istefa vermədiyi üçün müxalifət əhalini vətəndaş itaətsizliyinə çağırıb.

Bu çağırışı "Daşnaksutyun" partiyasının nümayəndəsi İşxan Saqatelyan öz "Facebook" səhifəsindən edib.

O bildirib ki, bu andan etibarən Ermənistan vətəndaşları öz narazılıq və tələblərini hakimiyyətə çatdırmaq üçün dinc itaətsizlik aksiyaları keçirmək hüququna malikdir.

Xatırladaq ki, noyabrın 10-da üçtərəfli bəyanatın imzalanmasından sonra Ermənistanda hökumətə qarşı etirazlar dayanmır.


Etiketlər:  Ermənistanda müxalifət əhalini vətəndaş itaətsizliyinə çağırdı


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ