Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Messinin psixoloji problemləri var” - Pirlo

“Messinin psixoloji problemləri var” - Pirlo

Tarix: 8 Dekabr 2020 14:20

"Yuventus"un baş məşqçisi Andrea Pirlo "Barselona"nın kapitanı Lionel Messi haqqında danışıb.

Sonxeber.net qol.az-a istinadən xəbər verir ki, 41 yaşlı mütəxəssis Çempionlar Liqasının qrup mərhələsinin 6-cı turunda Kataloniya klubu ilə keçirəcəkləri matçdan öncə verdiyi açıqlamada 33 yaşlı hücumçunun psixoloji problemləri olduğunu deyib:

"Messi həyatında xüsusi bir dövrü keçirir. Bu, karyerası ilə əlaqəli deyil. Çünki həmin problemlər yayda baş vermişdi. İndi isə "Barselona"da qalıb-qalmayacağına qərar verməlidir.

Messi oyun vaxtı həmişə özünü göstərir. Məncə, onun futboldan daha çox psixoloji problemi var. Amma bunun bizimlə heç bir əlaqəsi olmadığına görə təfərrüatları danışmaq istəmirəm. Messi bir fenomendir. O, bunu sübut edib".

Qeyd edək ki, bu gün keçiriləcək "Barselona" - "Yuventus" matçı Bakı vaxtı ilə 00:00-da başlayacaq.


Etiketlər:  Messinin psixoloji problemləri Pirlo


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ