Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

BDU-nun professoru beynəlxalq konfransda iştirak edib (FOTO)

BDU-nun professoru beynəlxalq konfransda iştirak edib (FOTO)

Tarix: 10 Iyul 2019 15:04

Bakı. Trend:

Bakı Dövlət Universitetinin Cəbr və həndəsə kafedrasının müdiri, professor Arif Səlimov Türkiyənin Erzincan şəhərində keçirilən “17th İnternational Geometry Symposium” adlı konfransda iştirak edib.

Universitetdən Trend-ə verilən məlumata görə, müxtəlif ölkələrdən 200-ə yaxın həndəsə alimlərinin iştirak etdiyi tədbirdə “Holomorphic manifolds over algebras and their applications” mövsuzunda məruzə ilə çıxış edən Arif Səlimov, eyni, zamanda, konfransın Elm Komitəsinin üzvü seçilib. Professor Arif Səlimov məruzəsində differensial-həndəsi obyektlərin lift problemlərinə cəbrlər üzərində qurulmuş çoxobrazlıların vasitəsilə yeni yaxınlaşma metodundan bəhs edib.

Məruzə üzrə diskussiyalarda rumıniyalı professor C.-L.Bejan, türkiyəli professor H.Hacısalihoğlu və başqaları iştirak edib, gələcəkdə bu istiqamətdə ortaq işbirliyi təklif ediblər. Dr. Furkan Yıldırım məruzənin mövzusu ilə əlaqəli hazırlayacağı "TÜBİTAK 1001" layihəsinə Arif Səlimovu xarici elmi məsləhətçi kimi dəvət edib.

Qeyd edək ki, məruzənin bir hissəsi A.Səlimovun “Clarivate Analytics” bazasına daxil olan Chin. Ann. Math. Ser. B” və “Mediterr. J. Math." jurnallarında 2019-cu ildə çap olunmuş məqalələri əsasında hazırlanıb.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  professoru beynəlxalq konfransda iştirak edib FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ