Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Lənkəran sakinindən narkotik vasitə aşkarlandı

Lənkəran sakinindən narkotik vasitə aşkarlandı

Tarix: 8 Dekabr 2020 16:24

Bakı. Samir Əli - Trend:

Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbənin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Lənkəran rayonunun Girdəni kənd sakini A.Əsgərov saxlanılıb.

DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Trend-ə verilən məlumata görə, keçirilən baxış zamanı onun yaşadığı evin həyətindən 1 ədəd kisədə çəkisi 983 qram narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır


Etiketlər:  Lənkəran sakinindən narkotik vasitə aşkarlandı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ