Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Vyetnam koronavirusa qarşı öz peyvəndini sınaqdan keçirməyə hazırlaşır

Vyetnam koronavirusa qarşı öz peyvəndini sınaqdan keçirməyə hazırlaşır

Tarix: 9 Dekabr 2020 07:10

Vyetnam dekabrın 10-dan etibarən koronavirus əleyhinə öz peyvəndinin könüllülər üzərində sınaqlarının ilk fazasına başlayacaq.

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, hazırda ölkədə fəaliyyət göstərən üç vaksin istehsalçısı intensiv şəkildə koronavirus əleyhinə preparatın hazırlanması ilə məşğuldur. Onların hamısı bu yaxınlarda heyvanlar üzərində sınaq mərhələsini başa çatdırıb. "Nanogen" əczaçılıq kompaniyasının preparatı isə insanlar üzərində sınağa hazır vəziyyətə gətirilib.

"Nanogen" kompaniyası dekabrın 10-da Vyetnam Hərbi Tibb Universiteti ilə birgə könüllülər üzərində sınaqların ilk mərhələsinə başlayacaq", - deyə ölkənin səhiyyə naziri Nquen Than Lonq bildirib.

Qeyd edək ki, pandemiyanın statistikasını aparan Worldometer saytının son məlumatına əsasən, pandemiyanın əvvəlindən bu yana Vyetnamda koronavirusa yoluxanların sayı 1367 nəfər, infeksiya səbəbindən ölənlərin sayı isə 35 nəfərdir.


Etiketlər:  Vyetnam koronavirusa qarşı peyvəndini sınaqdan keçirməyə hazırlaşır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ