Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Foruma hazırlıq davam edir - FOTO

Foruma hazırlıq davam edir - FOTO

Tarix: 9 Dekabr 2020 12:12

Azərbaycan gənclərinin IX Forumu çərçivəsində Şirvan zonası üzrə toplantı keçirildi

Dekabrın 8-də keçirilən Şirvan zona toplantısı "Biz Birlikdə Güclüyük!" şüarı altında onlayın formatda baş tutub. Toplantıda Azərbaycan Respublikası Gənclər və İdman Nazirinin müavini İntiqam Babayev, Azərbaycan Respublikasının Milli Məclisinin Deputatları Məzahir Əfəndiyev, Cavid Osmanov və Ramil Həsən, Azərbaycan Gənclər Fondunun icraçı direktorunun müavini Orxan Ərəbov iştirak ediblər. Sonxeber.net bildirir ki, Şirvan zonasına daxil olan rayonlardan 300 nəfərdən artıq gəncin iştirakı ilə keçirilmiş zona toplantısını Zərdab rayon Gənclər və İdman İdarəsinin rəisi İlkin Əliyev açaraq, Qarabağ vətən müharibəsində müzəffər ordumuzun qələbəsi münasibəti ilə iştirakçıları təbrik edib, forumun keçirilmə səbəbini açıqladı. Daha sonra ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olan vətən övladlarının ruhu bir dəqiqəlik sükutla yad edildi. Zona iştirakçılarından Turanə Şıxəliyeva, İsmayıl Faxtiyev, Rauf Abışov, Əli Mahmudov, Kəmalə Əliyeva və başqaları çıxış etdilər.  Zona toplantısında Şirvan zonası üzrə Azərbaycan Gənclərinin IX Forumunun Respublika toplantısında iştirak edəcək 89 nəfər nümayəndə seçildi və Zona Toplantısı adından Qətnamə qəbul edildi.

Qeyd edək ki, toplantı Prezident İlham Əliyevin 2017-ci il 15 sentyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan gəncliyi 2017-2021-ci illərdə" Dövlət Proqramının 5.7.1.-ci yarımbəndinin icrasının təmin edilməsi məqsədilə keçirilir.


Etiketlər:  Foruma hazırlıq davam edir FOTO


RƏYLƏR