Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bu gün Çempionlar Liqasında qrup mərhələsinə yekun vurulacaq

Bu gün Çempionlar Liqasında qrup mərhələsinə yekun vurulacaq

Tarix: 9 Dekabr 2020 13:06

Bu gün Çempionlar Liqasında qrup mərhələsinə yekun vurulacaq.

Sonxeber.net qol.az-a istinadən xəbər verir ki, A, B, C və D qruplarının oyunlarından sonra 1/8 finala son 4 vəsiqənin sahibi müəyyənləşəcək.

A qrupunda "Atletiko" Avstriyada "Zaltsburq"la qarşılaşacaq. 1/8 finala yüksəlmək üçün Madrid təmsilçisinə heç-heçə də bəs edir. Qrupun digər oyununda isə "Bavariya" Rusiyanın "Lokomotiv" (Moskva) klubunu qəbul edəcək.

B qrupunda İtaliya "İnter"i evdə Ukraynanın "Şaxtyor" (Donetsk) klubu, Madrid "Real"ı isə Münhenqladbax "Borussiya"sını qəbul edəcək. Bu qrupda hər 4 komandanın 1/8 finala adlamaq şansı var.

D qrupunda 1/8 finala yüksələcək komandanın adına "Ayaks" (Niderland) - "Atalanta" (İtaliya) görüşü aydınlıq gətirəcək.

H qrupunda isə təxirə salınmış PSJ (Fransa) - "Başakşehir" (Türkiyə) oyunu keçiriləcək. Ötən gün baş tutmalı olan qarşılaşma 4-cü hakim Sebastian Koltseskunun qonaq komandanın məşqçisi Pyer Veboya qarşı irqçi ifadələr işlətməsi səbəbindən 14-cü dəqiqədə yarımçıq dayandırılıb. Görüş bu gün Bakı vaxtı ilə saat 21:55-də qaldığı yerdən davam etdiriləcək.

9 dekabr

Çempionlar Liqası, qrup mərhələsi, 6-cı tur

A qrupu

00:00. "Bavariya" (Almaniya) - "Lokomotiv" (Moskva, Rusiya)
00:00. "Zalsburq" (Avstriya) - "Atletiko" (İspaniya)

B qrupu

00:00. "İnter" (İtaliya) - "Şaxtyor" (Donetsk. Ukrayna)
00:00. "Real" (İspaniya) - "Borussiya" (Mönhenqladbax, Almaniya)

C qrupu

00:00. "Mançster Siti" (İspaniya) - "Marsel" (Fransa)
00:00. "Olimpiakos" (Yunanıstan) - "Portu" (Portuqaliya)

D qrupu

21:55. "Ayaks" (Niderland) - "Atalanta" (İtaliya)
21:55. "Midtülland" (Danimarka) - "Liverpul" (İngiltərə)

H qrupu

21:55. PSJ (Fransa) - "Başakşəhər" (Türkiyə)

8 dekabr

E qrupu

"Renn" (Fransa) - "Sevilya" (İspaniya) - 1:3

"Çelsi" (İngiltərə) - "Krasnodar" (Rusiya) - 1:1

F qrupu

"Latsio" (İtaliya) - "Brügge" (Belçika) - 2:2

"Zenit" (Rusiya) - "Borussiya" (Dortmund, Almaniya) - 1:2

G qrupu

"Dinamo" (Kiyev, Ukrayna) - "Ferentsvaroş" (Macarıstan) - 1:0

"Barselona" (İspaniya) - "Yuventus" (İtaliya) - 0:3

H qrupu

PSJ (Fransa) - "Başakşəhər" (Türkiyə) (təxirə salınıb)

 "Leyptsiq" (Almaniya) - "Mançester Yunayted" (İngiltərə) - 3:2

Qeyd edək ki, bundan əvvəl İngiltərənin "Çelsi", "Mançester Siti" və "Liverpul", İspaniyanın "Sevilya" və "Barselona", Almaniyanın "Bavariya" və "Borussiya" (Dortmund), "Leypsiq", İtaliyanın "Yuventus", "Latsio", Portuqaliyanın "Portu", Fransanın PSJ klubunun 1/8 finala vəsiqə əldə etməsi dəqiqləşib.


Etiketlər:  gün Çempionlar Liqasında qrup mərhələsinə yekun vurulacaq


RƏYLƏR