Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycan bu nəticəsinə görə 58 ölkə arasında 28-ci oldu

Azərbaycan bu nəticəsinə görə 58 ölkə arasında 28-ci oldu

Tarix: 9 Dekabr 2020 14:06

Bakı. İlhamə İsabalayeva - Trend:

Azərbaycanın IV sinif şagirdlərinin TİMSS 2019 (Riyaziyyat və Təbiət Elmləri üzrə Beynəlxalq Qiymətləndirmə Proqramı) proqramının riyaziyyat fənni üzrə nəticələri Fransa, İspaniya və Yeni Zelandiyadan olan yaşıdlarından üstün olub.

Trend-in məlumatına görə, Azərbaycan şagirdlərinin nəticələri Cənubi Qafqaz regionunun ən yüksək göstəricisi olub.

Azərbaycan şagirdləri 2011-ci illə müqayisədə 52 ballıq artımla 463 baldan 515 bala yüksəlib.Şagirlər bu balla Avstraliya, İtaliya və Bolqarıstandan olan şagirdlərlə eyni nəticəni bölüşüblər.

Riyaziyyat üzrə tədqiqat nəticəsinə görə, Azərbaycan 515 balla 58 ölkə arasında 28-ci yerdə qərarlaşıb.


Etiketlər:  Azərbaycan nəticəsinə görə ölkə arasında oldu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ