Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Dekabr 2020 14:50
10 noyabrda etirazçılar tərəfindən döyülən Ermənistan Milli Məclisinin sədri Ararat Mirzoyan uzun müddətdən sonra ilk dəfə parlamentdə görünüb.
Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, Ermənistan parlamentinin bu gün keçiriləcək növbəti iclasına spiker Ararat Mirzoyan rəhbərlik edəcək.
Xatırladaq ki, noyabrın 10-na keçən gecə Ermənistanın kapitulyasiya elan etməsindən sonra bir qrup insan Ermənistan parlamentinin və hökumətin binalarına soxularaq ofislərdə dağıntılar törətmişdilər.
Daha sonra bir qrup vətəndaş Mirzoyanın xidməti avtomobilinə hücum etmiş, onu avtomobildən çıxardaraq ağır şəkildə döymüşdü.