Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Yerevanda bank direktorunun avtomobili partladıldı

Yerevanda bank direktorunun avtomobili partladıldı

Tarix: 9 Dekabr 2020 15:08

Bakı. Orxan Nəbiyev - Trend:

Yerevanda "Armekonombank"ın icraçı direktorunun avtomobili partladılıb.

Trend-in erməni KİV-lərinə istinadən məlumatına görə, hadisə dekabrın 9-da səhər saatlarında baş verib.

Hadisə zamanı direktor avtomobildə olsa da, xəsarət almayıb.

Qeyd olunur ki, partlayış direktor avtomobili işə saldıqdan və bir neçə metr irəlilədikdən sonra olub.

Polis hadisə ilə bağlı araşdırmalar aparır.


Etiketlər:  Yerevanda bank direktorunun avtomobili partladıldı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ