Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Mərkəzi Bank faizlərin birrəqəmli həddə olması üçün kömək edir - Elman Rüstəmov

Mərkəzi Bank faizlərin birrəqəmli həddə olması üçün kömək edir - Elman Rüstəmov

Tarix: 9 Dekabr 2020 15:44

Bakı. Zeyni Cəfərov - Trend:

Azərbaycan banklarında kreditlər üzrə faiz dərəcələri yüksək olaraq qalmaqdadır və Mərkəzi Bank faizlərin birrəqəmli həddə olması üçün çalışır.

Trend-in məlumatına görə, bunu Mərkəzi Bankın sədri Elman Rüstəmov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında deyib.

Onun sözlərinə görə, kreditlər üzrə faizlərin formalaşmasının arxasında çox ciddi obyektiv reallıqlar dayanır:

"Faizlər Azərbaycan banklarının gəlir resursudur. Bu mənfəət növü bilavasitə banklardakı risk amili ilə bağlıdır. Ona görə də ilk növbədə bank sektorunun risklərini azaltmaq lazımdır".


Etiketlər:  Mərkəzi Bank faizlərin birrəqəmli həddə olması üçün kömək edir Elman Rüstəmov


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ