Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Dekabr 2020 22:04
Rusiyada hüceyrə immunu testi dövlət qeydiyyatına alınıb.
Sonxeber.net xəbər verir ki, bu barədə ölkənin Səhiyyə naziri Mixail Muraşko 12-ci Rusiya Dərman və Tibb Sənayesi İşçiləri Konqresində bildirib.
Nazir qeyd edib ki, Rusiyada 90-dan çox koronavirus test sistemi hazırlanıb və qeydiyyatdan keçib. Bunların içində hüceyrənin immun sistemini ölçən test ən yenisidir: "Digərləri isə PZR, immunoqlobin təyini, təcili antigen testləridir".
Qeyd edək ki, hüceyrə immunu testi antitellərin deyil, təbii öldürücü hüceyrələr, T limfositlər və digər hüceyrəvi ünsürlərin daxil olduğu bir növ immun sistemi reaksiyasıdır. Müxtəlif viruslarla mübarizədə əhəmiyyətli rol oynayırlar.
Xatırladaq ki, dünyada ilk dəfə Rusiya COVID-19 xəstəliyinə qarşı peyvəndi qeydiyyata alan ölkə olub. (publika.az)