Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bu ölkəyə xaricdən gələnlər 10 günlük karantinə yerləşdiriləcək

Bu ölkəyə xaricdən gələnlər 10 günlük karantinə yerləşdiriləcək

Tarix: 9 Dekabr 2020 22:32

Xarici ölkələrdən Yunanıstana gələnlərin hamısı 10 gün karantinə yerləşdiriləcək.

Sonxeber.net AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Yunanıstan hökumətinin rəsmi nümayəndəsi Stelios Petsas bildirib. Yenilik dekabrın 18-dən başlayaraq tətbiq olunacaq və yanvarın 7-nə kimi davam edəcək. Xüsusən bu qərar xaricdən Milad bayramı ilə əlaqədar ölkəyə qayıdan tələbələrə də şamil olunacaq. Eyni zamanda yanvarın 7-nə kimi ölkənin bölgələri arasında hərəkət dayandırılır. Beynəlxalq sərnişinlər dekabrın 18-dən etibarən 72 saat əvvəl götürülmüş koronavirus testinin neqativ cavabını təqdim etməli və ən geci bir gün əvvəl xüsusi sərnişinin axtarışı formasını (PLF) doldurmalıdır. Eyni zamanda ölkəyə gəldikdə koronavirusa yoluxmanı aşkar edən ekspres testi etməli və 10 gün karantində qalmalıdırlar.


Etiketlər:  ölkəyə xaricdən gələnlər günlük karantinə yerləşdiriləcək


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ