Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Böyrəklərin reabsorbsiya funksiyasının pozulması

Böyrəklərin reabsorbsiya funksiyasının pozulması

Tarix: 10 Dekabr 2020 07:21

Böyrək və böyrək borucuqlarında reabsorbsiyanın pozulmasının əsas səbəbləri aşağıdakılardır:
1. Borucuqların strukturunun dəyişməsi (distrofiya və nekrozlar).
Bunun baş verməsinə böyrəklərin iltihabi prosesləri, qan dövranı pozğunluqları və
zəhərlənmələr səbəb olur.
2. Borucuqlarda ferment sistemlərinin aktivliyinin azalması.
Bunun baş verməsinə reabsorbsiyada iştirak edən ferment sistemlərinin irsi pozğunluqları və fermentlərin inhibitorları ilə zəhərlənmələri səbəb olur.
3. Reabsorbsiya prosesinin həddindən artıq gərginləşməsi.
Bu səhər sidiyində reabsorbsiya edilməli olan maddələrin artıq olması nəticəsində baş verir.
4. Zülal reabsorbsiyasının pozulması.
İnsanın böyrək yumaqcıqlarından səhər sidiyinin tərkibində 1 gün ərzində 30-50 qram zülal keçir. Bu zülallar normal şəraitdə böyrək borucuqlarının proksimal hissəsində epitel hüceyrələrinə daxil olur və burada hidroliz edildikdən sonra qan damarlarına keçir. Böyrək yumaqcıqlarında keçiricilik pozulmaları olduqda sidiyin tərkibinə keçən zülalların miqdarı artır. Bu zaman böyrək borucuqlarında zülalların hamısı reabsorbsiya oluna bilmir və onların bir hissəsi son sidiyin tərkibində qalır. Böyrəklərin çox ağır zədələnmələri zamanı sidikdə reabsorbsiya olunmamış zülal olur. Sidikdə daima zülalın olması böyrəklərdə patologiyanın olmasını bildirən əlamət sayılır.
Borucuq səbəbli sidikdə zülalların olması zülalların reabsorbsiyası ilə əlaqədardır. Proteinouriyanın bu növünün əmələ gəlməsinə borucuqların epitel hüceyrələriuniun zədələnmələridir.
Nefrotik sindrom zamanı da böyrəklərdə zülalların reabsorbsiya prosesi pozulur. Buna səbəb borucuqların distrofiyaya uğramasıdır. Bu böyrək kapilyarlarının daxili ödem səbəbli sıxılması və yumaqcıqlara qanın normal gəlməməsi səbəb olur.


Etiketlər:  Böyrəklərin reabsorbsiya funksiyasının pozulması


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ