Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Dekabr 2020 10:50
Rusiyanın Təl-Əvivdəki səfiri Anatoliy Viktorov İsrail Xarici İşlər Nazirliyinə çağırılıb.
Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə "Jerusalem Post" qəzeti məlumat yayıb. Qeyd olunub ki, səfirin XİN-ə çağırılmasına səbəb bir neçə gün əvvəl verdiyi müsahibə olub.
Viktorov müsahibəsində "İranın manevrləri deyil, İsrailin ərəb ölkələri və ya Fələstinlə qarşıdurmada Birləşmiş Millətlər Təşkilatının (BMT) qətnamələrini yerinə yetirməməsi Yaxın Şərq üçün ən böyük problemdir", - deyə bildirib.
İsrail hökuməti tərəfindən narahatlıqla qarşılanan açıqlama səfirin nazirliyə çağırılması ilə nəticələnib.