Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Prezident İlham Əliyev: Azərbaycan öz istəyinə nail oldu, tarixi ədaləti və beynəlxalq hüququ bərpa etdi

Prezident İlham Əliyev: Azərbaycan öz istəyinə nail oldu, tarixi ədaləti və beynəlxalq hüququ bərpa etdi

Tarix: 10 Dekabr 2020 15:06

Qırx dörd gün ərzində Azərbaycan parlaq qələbə qazanaraq, Ermənistanı məğlub etdi. İşğala son qoydu. Bu 44 günün hər günü bizim şanlı tariximizdir. Hər gün Azərbaycan Ordusu irəli gedirdi.

Sonxeber.net AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev Vətən müharibəsində Qələbəyə həsr olunmuş Zəfər paradında çıxışı zamanı bildirib.

Prezident qeyd edib ki, Azərbaycan əsgəri, Azərbaycan zabiti bir amalla - bu işğala, bu haqsızlığa son qoyulması, tarixi ədalətin zəfər çalması amalı ilə vuruşurdu və biz buna nail olduq. Ermənistan bizimlə rəqabət apara bilmədi.

2003-cü ildə Prezident vəzifəsinə seçiləndə Konstitusiyaya və müqəddəs "Qurani-Kərim"ə əl basaraq Azərbaycanın ərazi bütövlüyünü qoruyacağına and içdiyini xatırladan Ali Baş Komandan deyib: "Bu gün böyük qürur hissi ilə deyə bilərəm ki, Azərbaycan öz istədiyinə nail oldu, tarixi ədaləti, beynəlxalq hüququ bərpa etdi".


Etiketlər:  Prezident İlham Əliyev Azərbaycan istəyinə nail oldu tarixi ədaləti beynəlxalq hüququ bərpa etdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ